Dünya miqyasında əlilliyin əsas səbəbi nevroloji xəstəliklərdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "The Lancet Neurology" jurnalında dərc olunub.

Məlumata görə, 2021-ci ildə 3,4 milyard insan nevroloji xəstəliklərlə üzləşib. Bunlara insult, Alzheimer xəstəliyi və digər demans növləri, eləcə də əhalinin artması və qocalması, ətraf mühit və həyat tərzi faktorları səbəbindən yaranan meningit daxildir.

Qlobal miqyasda, nevroloji xəstəliklərlə bağlı əlilliklərin, xəstəliklərin və vaxtından əvvəl ölümlərin ümumi sayı son 31 ildə 18% artaraq 2021-ci ildə 375 milyondan 443 milyona yüksəlib.

2021-ci ildə ən çox görülən nevroloji xəstəliklər baş ağrıları və miqren olub. Diabetik neyropatiya ən sürətlə artan nevroloji xəstəlikdir və 1990-cı ildən bu xəstəlikdən təsirlənənlərin sayı 3 dəfədən çox artaraq 206 milyona çatıb.

 

Gözəl Həşimova