Son bir neçə ildə bitki yağlarının qlobal istehsalı daim artmaqdadır.
İqtisadiyyat.az-ın araşdırmasına görə, 2022/2023-cü maliyyə ilində bitki yağı istehsalı dünya üzrə təxminən 210,3 milyon ton təşkil edib.
2023/2024 maliyyə ilində bitki yağı istehsalının 217 milyon tondan çox artacağı proqnozlaşdırılır. Beləliklə, bu maliyyə ilində bitki yağı istehsalının rekord səviyyəyə çatacağı gözlənilir.
2007-ci ildən bəri illik bitki yağı istehsalı 5 faiz artsa da, 2012/2013-cü illərdə azalıb:
İllər |
İstehsal həcmi |
2000/2001 |
90,5 milyon ton |
2005/2006 |
118,4 milyon ton |
2006/2007 |
121,4 milyon ton |
2007/2008 |
127,8 milyon ton |
2008/2009 |
133,7 milyon ton |
2009/2010 |
140,9 milyon ton |
2010/2011 |
148,7 milyon ton |
2011/2012 |
157,8 milyon ton |
2012/2013 |
161,6 milyon ton |
2013/2014 |
171,7 milyon ton |
2014/2015 |
171,1 milyon ton |
2015/2016 |
176,5 milyon ton |
2016/2017 |
188,4 milyon ton |
2017/2018 |
198,4 milyon ton |
2018/2019 |
203,8 milyon ton |
2019/2020 |
207,2 milyon ton |
2020/2021 |
206,4 milyon ton |
2021/2022 |
208,8 milyon ton |
2022/2023 |
210,3 milyon ton |
2023/2024 |
217,8 milyon ton |
Araşdırmalara görə, günəbaxan yağı istehlakına görə lider Avropa İttifaqı (Aİ) olub. Həmin il Aİ-də bu yağın istehlakı 5,4 milyon tonu ötüb. Rusiya bu siyahıda ikinci, Hindistan isə üçüncü yerdə qərarlaşıb:
Ölkə |
Günəbaxan yağı istehlakı |
Avropa İttifaqı |
5,4 milyon ton |
Rusiya |
2,3 milyon ton |
Hindistan |
2,2 milyon ton |
Çin |
1,7 milyon ton |
Türkiyə |
1,3 milyon ton |
İran |
825 min ton |
Məlumata görə, tarixən bitki yağı istehsalının üstünlük təşkil etdiyi ölkələr İndoneziya və Malayziya olub. Son qiymətləndirməyə görə, Malayziya və İndoneziya dünya palma yağı istehsalının 85%-nə sahibdir. Hazırda Malayziya bitki yağlarının ən böyük ixracatçısıdır.
Bitki yağı sənayesi 2022-ci ildə 212,6 milyard dollar dəyərində qiymətləndirilib və 2027-ci ilə qədər 268,9 milyard dollara çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan 119,8 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar idxal edib. Bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 16,3 milyon dollar çoxdur.
Gözəl Həşimova