Dünyanın ilk mRNT ağciyər xərçəngi peyvəndi xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir, mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas etmək potensialına sahib olduğunu qeyd ediblər.

Ağciyər xərçəngi dünyada xərçəng ölümünün ən çox yayılmış səbəbi kimi tanınır və hər il təxminən 1,8 milyon insanın ölümünə səbəb olur. Xüsusilə şişlər yayıldıqda insanın sağ qalma nisbəti olduqca aşağıdır.

İndi mütəxəssislər bədəndə xərçəng hüceyrələrini məhv edən və onların geri qayıtmasının qarşısını alan yeni peyvəndi sınaqdan keçirirlər. Peyvəndin artıq 7 ölkədə sınaqları başlayıb.

 

Gözəl Həşimova