Hazırda dünyada barıt qıtlığı yaşanır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bir çox odlu silah biznesini idarə edən və sursat istehsalçısı "Vista Outdoor" məlumat yayıb.

Məlumata görə, yaxın vaxtlarda sursatların qiymətləri xeyli artacaq. Buna səbəb isə dünyada davam edən hərbi münaqişələrdir.

Bildirilib ki, hazırda barıta misli görünməmiş tələbat var. Bu da barıt qıtlığı yaradıb.

 

Gözəl Həşimova