Ötən il Azərbaycandan 50,1 milyon ABŞ dolları dəyərində 874,5 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsində 15,2 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,15%-ni təşkil edib.

 

Gözəl Həşimova