Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 40,7 milyon ABŞ dolları dəyərində 712,4 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,6 milyon dollar, həcm baxımından isə 23,7 % çoxdur.

Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,14%-ni təşkil edib.

 

Gözəl Həşimova