Azərbaycandan bu ilin yanvar-noyabr aylarında 111,5 milyon dollar dəyərində 21,3 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin fındıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon dollar və ya 14,4 % çoxdur.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 3.68% təşkil edib.

 

Gözəl Həşimova