Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 41,1 milyon ABŞ dolları məbləğində 65,4 min ton alma ixrac edilib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,9 milyon dollar çoxdur.
Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 33,2 milyon ABŞ dolları dəyərində 51,6 min ton alma ixrac edib.
Gözəl Həşimova