İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rapaport" sənaye agentliyi məlumat yayıb.
Qeyd edilib ki, 1 karatlıq cilalanmış almazın qiymət indeksi aprel ayında aylıq 0,7% artıb.
0,3 karatlıq cilalanmış almazın qiymət indeksi aprel ayında 2,8%, ilin əvvəlindən bəri 13,2% artıb. Eyni zamanda, 0,5 karatlıq almazın qiymət indeksi aprel ayında 0,6%, ilin əvvəlindən bu yana 2,5% artıb.
Bildirilib ki, almaz qiymətləri aprelin əvvəlində ABŞ-nin idxal rüsumları elan edilməsindən sonra kəskin artıb, lakin daha sonra bu rüsumların 90 gün təxirə salınması qərarından sonra stabilləşib.
Gözəl Azadəliyeva