Son 6 ildə 44 ölkədə 43,1 milyon uşaq təbii fəlakətlər səbəbindən məcburi köçkün vəziyyətinə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Məlumata görə, yalnız sel fəlakətləri baş verərsə, qarşıdakı 30 il ərzində 96 milyon uşaq məcburi köçkün olacaq. Bildirilib ki, Çin və Filippin fəlakətlərə görə ən yüksək yerdəyişmə rəqəmlərinə sahib ölkələrdir.

UNICEF təhlilində qeyd edib ki, quraqlıq 1,3 milyondan çox uşağın məcburi köçkün olmasına səbəb olub. Meşə yanğınlarından isə 810 min uşaq təsirlənib.

 

Gözəl Həşimova