İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Qlobal Qida Böhranları Hesabatı (GRFC) dünyada aclıqla üzləşən insanların sayının həyəcan verici artımını açıqlayıb.

2024-cü ilin məlumatlarına əsaslanan təhlil, münaqişələrin artması, humanitar yardımın kəskin şəkildə azalması, iqlim və iqtisadi sarsıntıların təsiri səbəbindən əlavə 13,7 milyon insanın xroniki qida çatışmazlığından əziyyət çəkdiyini göstərir. Bu, ardıcıl olaraq altıncı ildir ki, artır.

Tədqiq edilən 53 ölkədən insanların 22,6 faizi - ümumilikdə 295,3 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşir. Bu qrupun 95 faizindən çoxu Qəzza zolağında və Sudanda yaşayır. Bununla belə, Haiti, Mali və Cənubi Sudan da oxşar böhranların yaşandığı regionlar sırasındadır.

Qeyd edilib ki, dünyada aclıq, ölüm və qida çatışmazlığı təhlükəsi artır.

Sudanda davam edən vətəndaş müharibəsi 24 milyondan çox insanı kəskin ərzaq çatışmazlığı ilə üz-üzə qoyub, ölkədə rəsmi olaraq aclıq elan edilib.

Qəzza zolağında da vəziyyət pisləşib. Mütəxəssislər Qəzza əhalisinin yarısının "fəlakətli" aclıq səviyyəsi  ilə üzlədiyi barədə xəbərdarlıq ediblər.

İqlim böhranı və yardımın kəsilməsi vəziyyəti daha da pisləşdirir. Araşdırmada vurğulanıb ki, iqlim böhranı qida böhranını da dərinləşdirir. Xüsusilə Efiopiya, Keniya, Somali, Əfqanıstan və Pakistanda quraqlıq riskinin artdığı qeyd edilib.

 

Gözəl Azadəliyeva