Bu ilin yanvar-iyun aylarında dünya üzrə qiyməti 10 milyon ABŞ dollarından yuxarı olan super bahalı evlərin satışı ilə bağlı 13,7 milyard ABŞ dolları məbləğində 785 əqd bağlanıb.

Bu, dəyər və kəmiyyət baxımından bir il əvvəlki göstəricilərdən iki dəfə çoxdur.

Qeyd edilən vəsait Nyu-York, Los-Anceles, Honq-Konq, London, Sidney, Sinqapur və Dubayda evlərin alınmasına sərf olunub.

Əqdlərin 202-si Nyu-Yorkun payına düşüb. Bu şəhərdə həmin seqmentə aid 3,4 milyard dollarlıq ev satılıb.