Qlobal iqtisadiyyat ticarətin parçalanması və dövlətlərin bloklara bölünməsi səbəbindən uzunmüddətli perspektivdə ümumi daxili məhsulun (ÜDM) 5%-ə qədərini itirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İevala "Nikkei" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəzi davam edən parçalanma siqnalları ekspertlər arasında narahatlıq yaradır.

Bildirilib ki, dünya ticarət bloklarına parçalanarsa, qlobal ÜDM 5% azalacaq ki, bu da Yaponiya iqtisadiyyatının itkisi ilə müqayisə oluna biləcək qədər böyük itkidir.

Xatırladaq ki, təşkilat bu il üçün qlobal mal ticarəti artımı proqnozunu 0,8%-ə endirib. 

 

Gözəl Həşimova