Hokkey üzrə bu il keçiriləcək dünya çempionatının təşkilat komitəsinin prezidenti Petr Brziza turnirin qaliblərinin büllurdan hazırlanmış medallarla təltif olunacaqlarını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu addımı atmaqda məqsəd Çexiya hokkey ənənələrini rəmzləşdirməkdir. Medalların çəkisi 250 qram olacaq.

“2015-ci ildə olduğu kimi, təşkilat komitəsi Çexiyanın gözəlliyinə, hokkey tarixinə, ruhuna istinad edərək orijinal medalları seçib. Medalların dizaynı bizim riayət etməli olduğumuz IIHF-nin qaydaları ilə müəyyən edilir. Bununla belə, hər bir təşkilatçı unikallığı nümayiş etdirmək üçün özünəməxsus tərz seçir. İstehsal prosesi zamanı medalların gözəl və formaların üzərində qeyri-adi görünməsinə diqqət yetirmişik. Biz yekun nəticədən razıyıq”, – deyə Beynəlxalq Hokkey Federasiyasının mətbuat xidməti Brzyzanın sözlərindən sitat gətirib.

Xatırladaq ki, hokkey üzrə dünya çempionatı mayın 10-dan 26-dək Praqa və Ostravada keçiriləcək. Hazırkı dünya çempionu 2023-cü ilin final oyununda Almaniya komandasına qalib gələn Kanada yığmasıdır