ABŞ-ın ehtiyatlarının azalması fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 22 sent ucuzlaşaraq 79,41 ABŞ dolları olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 32 sent azalaraq 75,43 ABŞ dollarına enib.

 

Gözəl Həşimova