ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 90,13 ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin mayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti isə 0,46% azalaraq 1 barelə görə 85,27 ABŞ dolları təşkil edib.