ABŞ-da inflyasiya və iqtisadi məlumatların Federal Ehtiyat Sisteminin daha az faiz artıracağına dair ümidlər vəd etməsi nefti bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 36 sent və ya 0,5% bahalaşaraq 80,47 ABŞ dolları olub.

"WTI" markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 29 sent və ya 0,4% artaraq 76,04 ABŞ dollarına çatıb.