Dünya bazarında neftin qiyməti düşüb. İnvestorlar “Dostluq” (“Drujba”) neft nəqli sisteminin cənub xətti ilə Avropaya qaz tədarükünün bərpası perspektivlərini qiymətləndirirlər.

Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,75% ucuzlaşaraq 1 bareli 95,59 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,93% aşağı düşərək 1 bareli 89,66 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, dünən Ukraynanın “Uktransnafta” və Rusiyanın “Transneft” şirkətləri Rusiya neftinin Macarıstan, Çex Respublikası və Slovakiya istiqamətində nəqlinin dayandırılması ilə bağlı xəbər yayıb. Neft ötürülməsinin dayandırılması Rusiya tərəfinin Aİ sanksiyaları səbəbindən tranzit ödənişini edə bilməməsi ilə əlaqələndirilirdi.

Bundan başqa, birjalar Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatları ilə bağlı statistikasına reaksiuya verir. Belə ki, API-nin məlumatına əsasən avqustun 5-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 2,15 milyon barel artıb. Analitiklər ehtiyatların 0,7 milyon barel artacağını güman edirdilər.