ABŞ-nin xam neft və yanacaq ehtiyatlarının kəskin azalması fonunda qiymətlər ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 41 sent və ya 0,5% ucuzlaşaraq 85,01 ABŞ dolları olub.

“WTI" markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 32 sent və ya 0,4% azalaraq 80,94 ABŞ dollarına enib.

 

Gözəl Həşimova