Bu gün səhərdən dünya bazarında neftin qiymətləri təxminən 1,5 % aşağı düşüb.

İqtisadiyyat.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust fyuçersləri 1,45 % ucuzlaşaraq 1 bareli 75,5 ABŞ dollarına satılıb.

Nyu-York əmtəə birjasında isə “WTI” markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1,4 % azalaraq 1 bareli 70,92 ABŞ dolları təşkil edib.