Dünya bazarında neft qiymətləri ucuzlaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 1,17 dollar və ya 1,5% ucuzlaşaraq 79,76 dollar olub.
"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 1,19 dollar və ya 1,6% azalaraq 75,95 dollara enib.
 
Gözəl Həşimova