"Dünya bazarında inflyasiyanın geridə qaldığına dair bir görüntü var, lakin inflyasiya yenidən alovlana bilər".

İqtisadiyyat.az bildirir ki, bunu "Bloomberg"ə açıqlamasında Nobel mükafatlı iqtisadçı Paul Kruqmen deyib. O, həmçinin qeyd edib: 

"İnflyasiya sürətli şəkildə geriləsə də, hələ də yüksək miqdarda qeyri-müəyyənlik hökm sürür. Maliyyə sektorunda rahatlıq yaransa, bu inflasiyanın alovlanmasına səbəb olacaq. Bu baxımdan çox qarışıq bir dövrdən keçirik".