İqtisadiyyat.az xarici mediaya istinadla bildirir ki, bu artıma əsasən ət, süd və bitki yağlarının bahalaşması səbəb olub. Təşkilatın açıqladığı ərzaq qiymətləri indeksi beynəlxalq bazarda əsas ərzaq məhsullarının qiymət dəyişikliyini əks etdirir. İyunda bu indeks aylıq əsasda 0,5 faiz azalaraq 128 təşkil edib. Bu, qiymətlərin sabitləşməkdə olduğunu göstərsə də, bəzi məhsullarda bahalaşma meyli qalmaqdadır.
Digər tərəfdən, FAO 2025-ci il üçün qlobal taxıl istehsalı ilə bağlı proqnozunu da yeniləyib. Yeni hesabatda bildirilir ki, bu il dünya üzrə taxıl istehsalı 2 milyard 925 milyon tona çatacaq. Bu göstərici əvvəlki 2 milyard 911 milyon tonluq proqnozdan təxminən 0,5 faiz çoxdur.
Təşkilatın qiymətləndirməsinə görə, ərzaq məhsullarında qiymət dalğalanmaları davam etsə də, məhsuldarlıqla bağlı nikbin gözləntilər müəyyən sabitlik yaradır.