Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun icraçı direktoru Dominik Favre ilə görüş keçirib.

İqtisadiyyat.az bildirir ki, görüş zamanı Dünya Bankında ölkəmizin maraqlarının və mövqeyinin müdafiə olunması, dəstəklənməsinə dair Seçki Qrupunun gördüyü işlər barədə, eyni zamanda DB-nin növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyanın hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.