Dünya Bankı Qrupu kritik hökumət xidmətlərini saxlamaq üçün Ukraynaya əlavə 760 milyon dollar qrant ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, 760 milyon dollarlıq ianə dəstəyinin Ukraynaya milli və regional səviyyədə kritik dövlət xidmətlərini saxlamağa kömək üçün veriləcəyi bildirilib.

Bəyanatda deyilir ki, bugünkü qrantla Dünya Bankı Ukrayna xalqını dəstəkləmək üçün 42 milyard dollar səfərbər edib.

 

Gözəl Həşimova