Dünya Bankı Ukraynaya 750 milyon dollar məbləğində yeni yardım paketinin ayrıldığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal qeyd edib.

O bildirib ki, lazım gələrsə, maliyyə vəsaiti artırıla bilər. Eyni zamanda, nazir bu vəsaitin Kiyevə hansı əsaslarla veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, noyabrın əvvəlində Ukrayna hökuməti Dünya Bankı ilə 600 milyon dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutan saziş imzalayıb.

 

Gözəl Həşimova