Dünya Bankı Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu ilin əvvəlində yüzdə 2,7 olaraq proqnozlaşdırsa da, birinci rübdə iqtisadiyyatın dayanıqlı olması səbəbindən bunu yüzdə 3,2-yə yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, Dünya Bankı Qlobal İqtisadi Perspektivlər Hesabatının iyun buraxılışını dərc edib.

Hesabatda Türkiyə iqtisadiyyatının bu il 3,2 faiz, gələn il 4,3 faiz, 2025-ci ildə isə 4,1 faiz böyüməsi gözlənildiyi bildirilib.

Dünya Bankı yanvar ayında açıqladığı proqnozlarında Türkiyə iqtisadiyyatının 2023-cü ildə 2,7 faiz, 2024-cü ildə isə 4 faiz artacağını proqnozlaşdırmışdı.