"Dünya Bankı Qazaxıstanın regionda lider kimi mövqeyinin daha da güclənəcəyini gözləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov bildirib.

Onun sözlərinə görə, ölkədə maliyyə təşkilatı ilə 30 il ərzində əməkdaşlıq çərçivəsində ümumi dəyəri 8 milyard dollardan çox olan 48 birgə layihə həyata keçirilib.

Bildirilib ki, Dünya Bankı ölkə daxilində yeni layihələrin hazırlanmasını intensivləşdirib və buna ötən ilin avqustunda aparılan danışıqlar kömək edib.

 

Gözəl Həşimova