İstifadəyə verilmiş süni zəka mərkəzində generativ süni zəka sistemləri vasitəsilə 1000 nəfər dövlət qulluqçusunun təlimatlandırılması planlaşdırılır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) vəliəhd şahzadəsi Həmdan ibn Məhəmməd Əl Məktum xəbər verib.

 “Biz, unikal dövlət xidmətlərinin təklif edilməsi üçün süni zəkanın geniş şəkildə yayılması istiqamətində süni zəka mərkəzini istifadəyə verdik. Mən, süni zəka əsaslı tətbiqlərin hazırlanması üçün Dubayın bütün dövlət müəssisələrində işçi qruplarının formalaşdırılması təlimatını vermişəm. Bu cür tətbiqlər bizlərə innovasiyalı dövlət layihələrini hazırlamağa və rəqəmsal transformasiyanı reallaşdırmağa imkan verəcəklər” - deyə vəliəhd şahzadə qeyd edib.

  Məlumata əsasən istifadəyə verilmiş süni zəka mərkəzində generativ süni zəka sistemləri vasitəsilə 1000 nəfər dövlət qulluqçusunun təlimatlandırılması planlaşdırılır. Gözləntilərə əsasən süni zəka mərkəzinin istifadəyə verilməsi öz növbəsində dövlət xidmətlərinin yaxşılaşdırılmasına imkan verəcək və dövlət qulluqçularının produktivliklərini yüksəldəcək. Bununla yanaşı süni zəka mərkəzi 20-dən çox yerli və beynəlxalq startapı dəstəkləyəcək.