Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.

Bu barədə İqtisadiyyat.az "WAM" xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin karbon emissiyası sıfırdır.

Maksimal uçuş məsafəsi 161 kilometr, maksimum sürəti saatda 320 kilometr olan uçan taksinin ümumilikdə 4 stansiyası olacaq.

 

Gözəl Həşimova