Dövlət Sosial Müdafiə Fondu yeni avtomobillər alır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 8 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub.

Qeyd edilib ki, həmin nəqliyyat vasitələri 2023-cü ildə istehsal olunmuş sedan tipli minik avtomobilləri olacaq.

DSMF-yə avtomobillərin satışını "Toyota Absheron Merkezi" şirkəti həyata keçirəcək. Qurum isə bunun müqabilində şirkətə 523.600 AZN ödəniş edəcək.

 

Sadiq Cavadov