İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

2021-ci ildən iyul ayının əvvəlinə fond 3 068 borcalana 35 840 000 manat civarında ipoteka krediti verib.

Ümumilikdə isə bu günə qədər fond 34 530 borcalana 1 846 041 593 manat məbləğində ipoteka krediti verib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 874 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.

Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən iyul ayının 1-nə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 458 mənzil təqdim edilib.

Fondun məlumatında qeyd edilib ki, zəmanət və subsidiya mexanizmi ilə 231 718 000 manat məbləğində kredit maliyyələşdirilib.