İqtisadiyyat.az xəbər verir ki, yeni təsis edilən kommersiya qurumu "Nəsib Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirvan şəhəri, Vidadi küçəsi ev 35A ünvanında qeydiyyatdan keçən MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Səhratov Nəsib Xuddam oğludur.

MMC-nin özəl klinika kimi fəaliyyət göstərəcəyi ehtimal olunur.

Qeyd edək ki, hazırda mərkəzi xəstəxananın direktor müavini vəzifəsində çalışan Nəsib Səhratov əvvəllər Şirvan Müalicə Diaknostika Mərkəzi PHŞ-in direktoru olub.