İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin “Onlayn karğuzarlıq” bölməsinin mobil tətbiqinin yaradılması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 5-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 17-si, saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. 

Tenderin nəticəsi noyabrın 17-də, saat 16:00-da Portalda açıqlanacaq.