Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ofis icarəsi ilə bağlı tenderə yekun vurub.

İqtisadiyyat.az xəbər verir ki, "Xidmətin Aparatı üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması" tenderin qalibi Alim Yusif oğlu Qiyasov  olub.

Tenderin dəyəri 169 428 manatdır. 

Ofis icarəsinin sahəsi 1980 kvadrat metrdir və 6 ay müddət üçün nəzərdə tutulur.