Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən bu ilin sentyabrın 30-na kimi səhm portfeli üzrə 6.4 milyard ABŞ dolları gəlir əldə edib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Qeyd edilib ki, Fond indiyə kimi səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi üzrə 7,1 mlrd. dollar həcmində yatırım edib. Bu portfel üzrə gəlirlilik 253% təşkil edib. Ümumilikdə, Fondun səhm portfelinin cari dəyəri 13,5 mlrd. dollara yüksəlib.
Qeyd edək ki, Fondun ARDNF-nin səhm portfelinə "MSCI World” indeksi üzrə 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1410 şirkətin səhmləri daxildir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 77 trilyon ABŞ dollarına yaxındır.