İqtisadiyyat.az xəbər verir, məlumat bankında bir sıra modullar mövcud olacaq. 

Bunlar istifadəçilər modulu, hüquq və rollar, qurumların reyestri, baş vermiş məişət zorakılığı hallarının reyestri, müraciət etmiş şəxslərin reyestri, məişət zorakılığı halı ilə bağlı araşdırma və araşdırmanın nəticəsi modulu, məişət zorakılığı ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslərin reyestri, yardım mərkəzinin məlumat modulu və məhkəmə qərarları moduludur.

Sistemdə inteqrasiyalar və müraciət mübadiləsinin aparılmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra orqanları,  Baş Prokurorluq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iştirak edəcək. 

Dövlət Komitəsi mövcud məişət zorakılığı məlumat bankı sisteminin təkmilləşdirilməsinə yarım milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.