Dövlət Gömrük Komitəsi (DGK) yeni inzibati binasının isitmə-soyutma, ventilyasiya, kondisionerləşdirmə, su təchizatı, kanalizasiya, avtomatik yanğınsöndürmə sistemlərinin, qazanxananın və nasosxananın quraşdırılması üçün mal iş və xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Alfa-R Engineering” MMC-dir.

Qalib şirkətə 9,428 milyon manat ödəniləcək.