ABŞ Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat konfransında Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavab verərkən danışıb.

"Bu bölgədə sülhün mümkün olduğuna inanır və bu istiqamətdə işləməyə davam edəcəyik.Bu məsələ ilə Dövlət katibi şəxsən məşğul olur. Blinken Dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”, - Patel vurğulayıb