Son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Nazir qeyd edib ki, səhiyyə sahəsinin inkişafı istiqamətində islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri olub.