DOST Agentliyi tərəfindən elan olunan tender bu gün yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "ŞƏRQMOTORS" MMC olub. Agentlik qalib şirkətə 5.500,57 AZN ödəyəcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 100 AZN, predmeti isə DOST Agentliyi tərəfindən Agentlik və “DOST” mərkəzlərinin balansında olan “KHAZAR” markalı nəqliyyat vasitələri üçün cari təmir xidmətinin satın alınması ilə bağlıdır.

Satınalan təşkilatın VÖEN-i:  1305817761

Satınalan təşkilatın ünvanı:   Bakı ş., İ.Qutqaşınlı 86.

Ətraflı: https://www.etender.gov.az/main/competition/detail/287952