Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vurub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Babək rayonu, Zeynəddin kəndində baş verib.

Elektrik vurması nəticəsində kənd sakini, 2015-ci il təvəllüdlü Tamerlan Musa oğlu Həsənov vəfat edib.

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.