İqtisadiyyat.az xəbər verir ki, inauqurasiya mərasimində iştirak edən qonaqlar Kapitolidən ayrılıblar.

Cozef Bayden ənənəyə uyğun olaraq mərasimi helikopterlə tərk edib.

Baydenlə yanaşı, tədbirdə ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton da iştirak ediblər.

***21:14

ABŞ-nin 47-ci prezidenti Donald Tarmp and içərək vəzifəsinin icrasına başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Trampla yanaşı, Ceyms Devid Vens də vitse-prezident kimi and içib.

***19:40

ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın andiçmə mərasimi başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Kapitolidə keçirilən tədbir həm televiziya kanalları, həm də sosial şəbəkə vasitəsilə canlı olaraq yayımlanır.

Mərasimin görüntülərini təqdim edirik: