ABŞ-ın keçmiş prezidenti Donald Tramp, 2024-cü il prezident seçkiləri üçün "həmişəkidən fərqli seçici ruhunun" olduğunu bildirərək, seçkilərin onun tərəfində olduğunu söyləyib.


İqtisadiyyat.az xəbər verir ki, ABŞ-da 2024-cü il prezident seçkilərinə namizəd olan respublikaçı siyasətçi Tramp ilk təşviqat çıxışlarını Respublikaçılar Partiyasının Nyu Hempşirdə və Cənubi Karolina ştatının paytaxtı Kolumbiyada keçirilən illik toplantısında edib.

2024-cü il seçkiləri ilə bağlı hər zamankindən daha qərarlı və qəzəbli olduğunu və böyük mitinqlər keçirəcəklərini dilə gətirən Tramp, "Daha əvvəl görmədiyimiz bir seçici ruhu var", -  deyə bildirib.