Dünya bazarında qızılın qiymətinin ucuzlaşması dollara olan tələbatı artırıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, hazırda avro/dollar pariteti 0,1 faiz artaraq 1,088 səviyyəsindədir. 

Analitiklər dollara tələbin artması fonunda Çin iqtisadiyyatının zəifləyəcəyini proqnozlaşdırıblar. Belə ki, regionda hökm sürən tənəzzül riski Çində iqtisadi fəallığın daha da yavaşlamasına və ölkənin  istehsalatına mənfi təsir edə bilər. Çin Mərkəzi Bankının ən aşağı kredit faizini bir qədər də endirməsi isə narahatlıqları daha da artırıb. Bank 1 illik kredit faiz dərəcəsini 10 baza bəndi azaldaraq  3,45 faizə endirib, 5 illik kredit faizini isə 4,20 faiz səviyyəsində saxlayıb.

Analitiklər hesab edirlər ki, Çin hökuməti iqtisadiyyatı dəstəkləmək üçün müvafiq addımlar atacağını hər fürsətdə dilə gətirsə də, indiyə kimi atılan addımlar yetərli deyil.

Gülşən Şərif