Azərbaycan milli komandasının sabiq üzvü Dmitri Nazarov Almaniyada klubunu dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, Nazarov Almaniyanın 4-cü liqasında çıxış edən "Kikkers Ofenbax" klubuna transfer olub.

Qeyd edək ki, karyerası ərzində "E.Frankfurt", "Kayzerslauten", "P Münster", "Karslruher" və AUE klublarında forma geyinmiş Dmitri Nazarov 448 oyuna 97 qol vurub, 43 assist etməyi bacarıb.