Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə BDYPİ-dən məlumat verilib. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək alternativ yollardan istifadə etmələrini tövsiyə edib:

“Bu gündən Bakı-Quba avtomobil yolunun 22-ci km-dən 23,5-ci km-dək olan hissəsində təmir işləri başlanılıb. Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur”.