Zaqreb “Dinamo”sunun hücumçusu Sandro Kulenoviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyunu dəyərləndirib.

İqtisadiyyat.az xəbər verir ki, komandasının 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada dubl edərək qəhrəmana çevrilən 24 yaşlı forvard qrupa vəsiqə yolunda böyük üstünlük əldə etdiklərini gizlətməyib: “İstədiyimiz nəticəni qazandıq. Bakıya böyük üstünlüklə yollanacağıq. Daha çox qol vurmaq şansımız var idi. Azarkeşlərin dəstəyi isə möhtəşəm oldu. Çempionlar Liqasında, özü də “Maksimir”də qol vurmaq əla hissdir. Ümid edirəm, burada daha 4 oyun keçirəcəyik. Bu, ilk addım idi”.

Qeyd edək ki, cavab matçı avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək