Müasir dövlətçiliyimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri Xiyabanı ziyarət edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.