Respublika Cüzəm (Leproz) Xəstəxanasına cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, xəstəxana barəsində Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən cərimə protokolu tərtib olunub.
Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rufan Mürsəlovun sədrliyi ilə araşdırılacaq.

Xəstəxananın barəsində protokol tərtib olunan maddədə deyilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə[314] -  vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.